Dr. Lalə Seyfullayeva illərin təcrübəsi ilə həm böyüklər, həm də uşaqlarda qulaq, burun və boğaz xəstəliklərinin müalicəsini həyata keçirir. Müasir tibbi texnologiyalar və fərdi yanaşma ilə sağlamlığınızı bərpa edirik.
Dr. Lalə Seyfullayev
Lor/Otolarinqoloq
Dr. Lalə Seyfullayeva illərin təcrübəsi ilə həm böyüklər, həm də uşaqlarda qulaq, burun və boğaz xəstəliklərinin müalicəsini həyata keçirir. Müasir tibbi texnologiyalar və fərdi yanaşma ilə sağlamlığınızı bərpa edirik.
HAQQIMIZDA
PEŞƏKAR KBB VƏ ÜZ-ÇƏNƏ CƏRRAHI
22 illik peşəkar iş təcrübəsi, minlərlə uğurlu cərrahi əməliyyat və hər bir pasiyentə göstərilən xüsusi diqqət bizim əsas üstünlüyümüzdür.
PEŞƏKAR TƏCRÜBƏ
Uzun illərin cərrahi təcrübəsi və yüzlərlə uğurlu əməliyyat ilə xidmətinizdəyik.
MÜASİR CƏRRAHİYYƏ
Adenoidektomiya, Septoplastika və digər LOR əməliyyatları ən müasir metodlarla icra olunur.
Uşaqlarda geniz eti probleminin müasir cərrahi metodlarla aradan qaldırılması.
Tonsillektomiya
Tez-tez təkrarlanan boğaz ağrıları və bademcik iltihabının effektiv müalicəsi.
Septoplastika
Burun tənəffüsünü çətinləşdirən sümük və qığırdaq əyriliklərinin düzəldilməsi.
Qulaq Şuntlaması
Orta qulaqda maye toplanması zamanı eşitmənin bərpası üçün xüsusi şuntların qoyulması.
Otoplastika
Qulaq seyvanındakı estetik qüsurların və anadangəlmə formaların korreksiyası.
Endoskopik Sinus Cərrahiyyəsi
Xroniki sinusit və poliplərin endoskopik cihazlarla kəsiksiz müalicəsi.
BİZİM İŞ PROSESİMİZ
3 addımda sağlamlığınıza qovuşun
( 01 )
Qəbula yazılmaq
Saytımızdakı forma vasitəsilə və ya telefonla asanlıqla randevu alın. Sizə uyğun vaxtı seçin və asistentimiz tərəfindən qısa müddətdə təsdiq mesajı alın.
( 02 )
Peşəkar Müayinə
Op. Dr. Lalə Seyfullayeva tərəfindən ətraflı diaqnostika aparılır. Şikayətləriniz dinlənilir, suallarınız cavablandırılır və sizin üçün ən düzgün müalicə planı tərtib olunur.
( 03 )
Müalicə və Qayğı
Fərdi yanaşma əsasında təyin olunan müalicə və ya cərrahi əməliyyat yüksək dəqiqliklə icra edilir. Sağalma dövründə komandamız tam sağlamlığınıza qovuşana qədər yanınızda olur.
Sağlamlığınızla bağlı suallarınız varsa və ya müayinə üçün vaxt təyin etmək istəyirsinizsə, formu doldurun. Biz ən qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
Başqa sualınız var?
Sağlamlığınız və ya müalicə prosedurlarımız haqqında daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın. Suallarınızı cavablandırmaq və sizə ən düzgün istiqaməti vermək üçün buradayıq.
Uşaqlarda geniz eti əməliyyatı neçə yaşda edilə bilər?
Geniz eti problemi uşağın tənəffüsünə və inkişafına ciddi mane olursa, hər yaşda edilə bilər. Lakin adətən 2-3 yaşdan sonra tövsiyə olunur.
Badamcıq əməliyyatından sonra sağalma müddəti nə qədərdir?
Əməliyyatdan sonra tam sağalma təxminən 10-14 gün çəkir. İlk bir neçə gün xüsusi pəhriz (yumşaq və soyuq qidalar) saxlanılması vacibdir.
Qulağa şunt (borucuq) qoyulması eşitməyə zərər verirmi?
Xeyr, əksinə, qulaqda toplanan mayeni xaric edərək eşitmənin dərhal bərpasına kömək edir. Şuntlar müəyyən müddətdən sonra öz-özünə düşür.
Burun çəpəri əyriyi (Septoplastika) əməliyyatında tampon istifadə olunurmu?
Müasir cərrahiyyədə burun daxili tənəffüsü kəsməyən, silikon splintlər istifadə olunur. Bu isə əməliyyatdan dərhal sonra rahat nəfəs almağa imkan verir.
Otoplastika (qulaq estetikası) qalıcıdırmı?
Bəli, otoplastika əməliyyatının nəticələri ömürlükdür və qulağın forması bir daha əvvəlki vəziyyətinə qayıtmır.